Qırmızı dənizdə husilərin hücumuna məruz qalan gəmilər İsrailə məxsus deyil
YENİLƏNİB

 

Qırmızı dənizdə Yəmənin “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançılarının hücumuna məruz qalan iki gəminin İsraillə heç bir əlaqəsi yoxdur.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Daniel Haqari məlumat verib. 

 

Onun sözlərinə görə, dekabrın 3-də İsraillə heç bir əlaqəsi olmayan iki ticarət gəmisinə raketlər atılıb: “Bir gəmi çox ciddi zədələnib və kritik vəziyyətdədir, onun batmaq təhlükəsi var”.

 

Bu arada "Al Hadath" televiziya kanalı öz mənbələrinə istinadən bildirib ki, Yəmənin "Ənsar Allah" hərəkatında olan husi üsyançılarının Bab əl-Məndəb boğazında pilotsuz uçuş aparatlar ilə hücum etdikləri ticarət gəmisi Böyük Britaniyaya məxsusdur.

 

Qeyd olunub ki, gəmi Britaniya bayrağı altında hərəkət edib, onun heyəti də Böyük Britaniya vətəndaşlarından ibarət olub.

 

Mənbə onu da deyib ki, ABŞ və İsrail hərbi gəmiləri hücumu dəf edib. Amma kanal hücumun dəqiq nə vaxt baş verdiyini açıqlamayıb.


**21:51 (03.12. 2023)


Yəmənin Ənsar Allah hərəkatının husi üsyançıları Bab əl-Məndəb boğazında iki İsrail gəmisinə raket və pilotsuz uçan aparatla hücum ediblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə qruplaşma özü məlumat yayıb.

 

“Bu səhər Yəmən Hərbi Dəniz Qüvvələri Bab əl-Məndəb boğazında iki İsrail gəmisinə - “Unity Explore” və “Number 9”a qarşı əməliyyat keçirib”, - deyə məlumatda bildirilib.

 

Qeyd edək ki, bundan öncə husilər Britaniya və ABŞ gəmirlərinə hücum təşkil etmişdilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.