Milli Məclis Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişi haqqında sazişə dəyişikliyi ratifikasiya edib.
Senzor.az-ın xəbərinə görə, bununla bağlı 18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd ratifikasiya ediilib.