Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşü zamanı qurumun işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim edib.
Senzor.az bildirir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Dünən ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşüm zamanı onlara işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim etdim.
Bundan əlavə, onlara bu yaxınlarda yazdığım məktubda ABŞ-da dini tolerantlığın pisləşməsi fonunda köməyimizi təklif etdim”, - səfir vurğulayıb.