Azərbaycan və Böyük Britaniya arasında enerji sahəsində birgə fəaliyyətin stimullaşdırılması, ixracın, investisiyaların, ticarət sahələrində qarşılıqlı təşəbbüslərin dəstəklənməsi müzakirə edilib.
Senzor.az xəbər verir ki, bu barədə bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, Birləşmiş Krallığın ixrac üzrə naziri Lord Malkolm Offord ilə Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektiv istiqamətləri müzakirə edilib.