Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

Bakıda 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir.


Senzor.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Görüşdə ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığa müsbət təsiri və bu əlaqələrin uğurla davam etdirildiyi vurğulanıb. Keçirilən birgə təlimlər və qarşılıqlı icra olunan fəaliyyətlərin bundan sonra da intensivləşəcəyinə əminlik ifadə olunub. Həmçinin əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən hərbi, hərbi-texniki məsələlərə dair geniş müzakirələr aparılıb.


Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından ordu generalı İ.Özsertə təqdim olunub.


Sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində həmsədrlər rəhbərlik etdikləri nümayəndə heyəti ilə birgə Hərbi Dialoq İclasına başlayıblar.


15-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası dekabrın 8-dək davam edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.