Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının 5-ci iclası olub - FOTO

Kişineuda Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib.


Senzor.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.


Məlumata görə, iclasdan əvvəl komissiyanın Azərbaycan tərəfindən həmsədri, nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə komissiyanın Moldova tərəfindən həmsədri, bu ölkənin regional inkişaf və infrastruktur naziri Andrey Spinunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş olub. Görüşdə ikitərəfli əməkdaşlığın istiqamətləri, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, məhsulların üçüncü ölkələrə ixracı zamanı Orta Dəhlizin yaratdığı üstünlüklərdən istifadə və digər məsələlər ətafında fikir mübadiləsi aparılıb.


Daha sonra iclas işə başlayıb. Qonaqları salamlayan A.Spinu Bakıda keçirilmiş son iclasdan sonra iki ölkə arasında iqtisadi, eləcə də enerji, nəqliyyat, logistik imkanların dəyərləndirilməsi və digər əməkdaşlıq istiqamətləri üzrə konkret addımlar atıldığını vurğulayıb. O bildirib ki, Moldova texnologiya transferi, müştərək elmi tədqiqatlar, mütəxəssis hazırlığı, məhsul ixracı kimi sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bugünkü iclas iki ölkə arasında qarşılıqlı maraq doğuran yeni iqtisadi əməkdaşlıq istiqamətlərinin ortaya çıxmasını təmin edə bilər. A.Spinu kənd təsərrüfatı, təhsil, sosial müdafiə, xidmətlərin rəqəmsallaşması kimi sahələrdə də ikitərəfli əməkdaşlıq münasibətlərini inkişaf etdirmək üçün böyük potensial və zərurət olduğunu vurğulayıb.

M.Məmmədov qeyd edib ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial var, Kişineuda aparılacaq müzakirələr bu əməkdaşlığın daha da inkişafına təkan verəcək. Azərbaycan və Moldovanın strateji tərəfdaş olduğunu deyən həmsədr bu tərəfdaşlığın qarşılıqlı hörmət və dostluq ruhunda inkişaf etdiyini vurğulayıb. Siyasi münasibətlərlə yanaşı iqtisadi münasibətlərin inkişaf etdirilməsinin zəruriliyinə toxunan M.Məmmədov iqtisadi potensialı nəzərə alaraq, ticarət əlaqələrini daha da şaxələndirməyə, ticarət dövriyyəsini artırmağa hədəflənmiş addımlar atılmasının vacibliyini qeyd edib. O, bildirib ki, biznes forumlar, beynəlxalq sərgilərdə qarşılıqlı iştirak iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığı daha da gücləndirə bilər. Azərbaycanın Avrasiya regionunun etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrildiyini deyən M.Məmmədov Moldovanı məhsul ixracında bu imkanları dəyərləndirməyə çağırıb.


Daha sonra iclasda komissiyanın ötən il oktyabrın 10-da keçirilmiş 4-cü iclasında qəbul olunmuş qərarların icra vəziyyəti müzakirə edilib, bu istiqamətdə mühüm işlərin görüldüyü bildirilib.


İclasda Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Moldovanın İnvestisiya Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəddə qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Daha sonra Azərbaycan-Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclasının yekunlarına dair protokolu təsdiqlənib. Sənəd iki ölkə arasında kiçik və orta sahibkarlığın dəstəklənməsi, kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika, nəqliyyat, elmi-texniki və humanitar, sosial, səhiyyə, ətraf mühit və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.


Tərəflər Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının gələn il Bakıda keçirilməsi barədə razılığa gəliblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.