ABŞ-ın yeni səfiri bu dəfə Azərbaycan dilində müraciət yaydı - VİDEO

“ABŞ səfirliyi Azərbaycanı 1991-ci ildə müstəqillik əldə etdikdən sonra dəstəkləyib və son 32 il ərzində heyrətamiz dəyişikliklərin şahidi olub”.

 

Senzor.az bildirir ki, bunu ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Mark Libbi yaydığı videomüraciətdə deyib.

 

Səfir müraciətini Azərbaycan dilində edib.

 

“Ümid edirəm ki, burada olduğum müddətdə biz bu regionda davamlı və ləyaqətli sülh üçün birlikdə çalışacağıq. Azərbaycanın daha da inkişaf etdiyini, regionda və dünyada mühüm rol oynamağa davam etdiyini görəcəyik”, - deyə səfir bildirib.

 

Səfir deyib ki, qısa müddət ərzində Bakını gəzib və onun görməli yerləri ilə tanış olmaq şansı əldə edib.

 

Diplomat Azərbaycan mətbəxinin ləzzətli plovunu və dolmasını dadıb.

 

“Mən bu yerləri daha yaxından tanımağa, Azərbaycanda daha çox yer görməyə və daha çox təam dadmağa ümid edirəm. Azərbaycanı daha yaxından tanımaq üçün təkliflərinizi gözləyirəm”, - o deyib.    


Xatırladaq ki, yeni səfir Bakıya gələndə də mətbuata Azərbaycan dilində açıqlama vermiş və ölkəmizə gəlişindən çox şad olduğunu bildirmişdi. 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.