"Dağlıq Qarabağla bağlı bənd Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsi layihəsindən çıxarılıb".
Senzor.az bildirir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan sosial şəbəkədəki videomüraciətində deyib.
Oskanyanın sözlərinə görə, sülh müqaviləsi danışıqlar masasındadır və imzalanmağa yaxındır. Böyük ehtimalla, o, yaxın vaxtlarda imzalanacaq.
"Bu sənəddə əvvəllər Qarabağ xalqının hüquq və təhlükəsizliyindən bəhs edən bənd var idi. Bu bənd bu gün çıxarılıb. Və bu saziş imzalansa, o zaman Dağlıq Qarabağ səhifəsi bağlanacaq", - Oskanyan vurğulayıb.