Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
YENİLƏNİB

11 dekabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.


Bu barədə Senzor.az-a Azərbaycan XİN-dən bildirilib.


Nazirlər iki ölkə arasında mövcud olan dost və tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıblar.


Tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.


Çoxtərəfli platformalarda əməkdaşlığın davam etdirilməsi, o cümlədən GUAM çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyət qeyd olunub.


Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə regionda baş verən son hadisələr və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.


Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

**18:28

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirləri Şurasının İclasında iştirak məqsədilə Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Avropa İttifaqı Şurası Prezidentinin baş siyasi müşaviri Simon Mordue ilə görüşüb.


Xarici İşlər Nazirliyindən Senzor.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Aİ ilə əldə olunmuş razılıqlar üzrə əməkdaşlığın perspektivləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi və cari regional vəziyyət müzakirə edilib.


Aİ və Azərbaycan arasında ötən il imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumuna uyğun olaraq Azərbaycanın Avropaya enerji ixracını artırdığı və Aİ üzv ölkələrinin enerji təhlükəsizliyində önəmli rol oynadığı vurğulanıb.


Nazir cari ilin sentyabr ayında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulmasından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. Bu xüsusda, nazir son dövrlər Azərbaycan və Ermənstan arasında sülh və sabitliyin, eləcə də, etimadın qurulmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib.


Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma fəaliyyəti barədə məlumat verən nazir Ceyhun Bayramov, mina təhlükəsinin bu fəaliyyətə, eləcə də, vətəndaşlarımızın təhlükəsizliyinə təhdid yaratmaqda davam etdiyini vurğulayıb. 2020-ci ilin noyabr ayından bəri 340 vətəndaşımızın mina partlayışının qurbanına çevrildiyi qeyd olunub.


Simon Mordue Aİ-nin vacib strateji tərəfdaşı olaraq Azərbaycan ilə enerji, nəqliyyat və bir sıra digər sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu vurğulayıb və Aİ-nin regionumuzda davamlı sülhün bərqərar olması üçün Ermənistan-Azərbaycan normallaşma prosesini bundan sonra da dəstəkləməyə davam edəcəyini bildirib.


Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

**15:53

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Avropa İtifaqının Şərq Tərəfdaşlığı proqramı çəçivəsində Aİ Şurası prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue ilə görüşüb.


Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.


Bildirilib ki, qarşılıqlı əməkdaşlığı, həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.