Bakıda "Qarabağ" və İsveçin "Hakken" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.
Senzor.az bildirir ki, bu barədə "köhlən atlar"ın mətbuat katibi Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, indiyə qədər 18 700 bilet alınıb.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.