Qəzzadakı əməliyyatlar nəticəsində HƏMAS yaraqlıları kütləvi şəkildə təslim olurlar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.
“İsrail qüvvələri Qəzza zolağında islamçıların Cəbəliyyə və Şecayyadakı son qalalarını sıxışdırırlar. HƏMAS terrorçuları, o cümlədən 7 oktyabr hücumlarında iştirak edənlər də daxil olmaqla, kütləvi şəkildə təslim olurlar. Radikallar məhv edilməyə yaxındır. Təslim olanların sayı vəziyyəti izah edir. Bunkerlərdən çıxanda silah və yemək çatışmazlığının olduğunu etiraf edirlər”, - Qallant vurğulayıb.