Kiyevə raket hücumu
DAĞINTILAR VƏ XƏSARƏT ALANLAR VAR

Dekabrın 13-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə raket hücumu olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, şəhərdə bir neçə dəfə partlayış səsləri eşidilib.

 

Kiyev şəhər Hərbi Administrasiyasının verdiyi məlumata görə, Rusiya silahlı qüvvələri tərəfindən edilən raket hücumları Ukrayna paytaxtında dağıntılara səbəb olub və onlarla mülki şəxs xəsarət alıb. Zərərsizləşdirilən raketlərin qalıqları paytaxtın bəzi ərazilərində yanğınlara səbəb olub.

 

Kiyev şəhər meri Vitali Kliçko isə bildirib ki, paytaxtın Dnepr rayonunda raket qalıqları yaşayış binasının fasadına ziyan vurub, 7-ci mərtəbədə yanğın baş verib. Sakinlər təxliyə edilib.

 

V.Kliçkonun sözlərinə görə, raket hücumu nəticəsində 53 nəfər yaralanıb. Onlardan 20-si xəstəxanaya yerləşdirilib. 33 nəfərə isə həkimlər yerindəcə tibbi yardım göstəriblər.

 

Həmçinin yaşayış binasının həyətində 4 avtomobil yanıb.

 

Raket qalıqlarının yolun hərəkət hissəsinə düşməsi nəticəsində su təchizatı şəbəkəsinə də ziyan dəyib. Hadisə yerində təcili yardım və qəza xidməti briqadaları işləyir.

 

Mer, həmçinin bildirib ki, paytaxtın Desnyansky rayonunda yaşayış binasının həyətində yanğın olub. Açıq ərazidə raket parçası yanıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.