Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək

Dekabrın 21-də Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək.


Bu barədə Senzor.az-a Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyindən (TÜİB) bildirilib.


Forum Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun, Türkiyənin ticarət naziri Ömer Bolat, və Prezident Aparatının Maliyyə Ofisinin rəhbəri Göksel Aşanın iştirakı ilə keçiriləcək.


Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının quruluşunun 100 illiyinə həsr olunub. Tədbir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və TÜİB-in birgə təşkilatçılığı ilə baş tutacaq. Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan bu tədbir regional inkişafa mühüm töhfələr vermək məqsədi daşıyır.


Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər müzakirə olunacaq. Eyni zamanda, iki ölkə arasında güclü iqtisadi əlaqə yaratmaq üçün atılacaq addımlarla yanaşı, potensial investisiya imkanları da müzakirə olunacaq. İştirakçılar arasında iş dünyası liderləri, investorlar, müxtəlif sahələri təmsil edən iş adamları iştirak edəcək və bu tədbir biznes subyektlərini bir araya gətirərək güclü əlaqələr qurmaq və əməkdaşlıq imkanlarını əldə etmək imkanı verəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.