Polad Bülbüloğlu Yaponiyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşdü
FOTO

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyadakı diplomatik korpusun duayeni qismində Yaponiyanın Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Akira Mutonu qəbul edib.

 

Senzor.az səfirliyə istinadən bildirir ki, görüşdə Polad Bülbüloğlu həmkarını təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

P.Bülbüloğlu həmkarına uğurla həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri və nəticədə Azərbaycan Respublikasının öz ərazisi üzərində suverenliyini tamamilə bərpa etməsi barədə ətraflı məlumat verib.

 

Yaponiya səfirinin diqqətinə erməni əhalisinin könüllü şəkildə köçməsi ilə bağlı Azərbaycan tərəfinin həyata keçiridiyi humanitar tədbirlər barədə məlumat çatdırılıb.

 

Bu xüsusda, beynəlxalq təşkilatların nümayəndələri təsdiqlədiyi kimi, bu prosesdə dinc əhaliyə qarşı heç bir zor tətbiq edilmədiyi vurğulanıb.

 

Azərbaycanın səfiri Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin Azərbaycan hüquqi və sosial-iqtisadi sahəsinə reinteqrasiyası ilə bağlı ölkəmizin təklifləri barədə ətraflı məlumat verib.

 

O, Xankəndidə müvafiq dövlət strukturları tərəfindən humanitar və sosial yardımların göstərilməsini davam etdirdiyini diqqətə çatdırıb, eləcə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş naziri Aparatının birgə bəyanatı barədə məlumat verərək bunun iki ölkə arasında etimad guruculuğunun möhkəmləndirilməsi istiqamətində ilk addımın olduğunu bildirib. Səfir xüsusilə vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət əsasında mehriban qonşuluq münasibətlərinin qurulması Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsinin yeganə yoludur.

 

Söhbət zamanı Akiro Muto Naxçıvandan nəqliyyat kommunikasiyalarının açılması məsələsi ilə maraqlanıb. Buna cavab olaraq Yaponiya səfirinə mövcud vəziyyətlə bağlı məlumat verilib, İran ərazisində  hazırda yolun inşa işlərinin aparıldığı bildirilib və xüsusilə Azərbaycanın regionda bütün kommunikasiyaların tezliklə bərpası və açılmasının tərəfdarı olduğu qeyd edilib.

 

Bununla yanaşı səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə həmkarına ətraflı məlumat verib.

 

Daha sonra, Azərbaycan və Yaponiya arasında əməkdaşlıqla bağlı bəzi məqamlar nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Yaponiyanın səfiri maraqlı və faydalı görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

 

Görüşün sonunda səfir Akira Mutoya Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.