Odessa yenə atəşə tutuldu - DAĞINTILAR VƏ XƏSARƏT ALANLAR VAR
FOTO

Dekabrın 14-nə keçən gecə Odessa vilayəti yenidən atəşə tutulub. Hücum nəticəsində binalara ziyan dəyib, yanğınlar başlayıb, sakinlər, o cümlədən uşaqlar xəsarət alıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

 

Xilasedicilər qeyd ediblər ki, yanğın nəticəsində minik avtomobili və yardımçı tikili yanıb. Yaxınlıqdakı 11 binaya ziyan dəyib.

 

İlkin məlumata görə, hadisə yerində üçü uşaq olmaqla 11 nəfər xəsarət alıb. Tibb işçilərinin müayinəsindən sonra 3-ü uşaq olmaqla 5 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.

 

Ərazidə səyyar qazanxana quraşdırılıb, Fövqəladə Hallar Nazirliyinin Dövlət Xidmətinin psixoloqları zərərçəkənlər və sakinlərlə işləyir, Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və isti paltarların çatdırılması təşkil olunur.

 

Dövlət Fövqəladə Hallar Xidmətindən 8 texnika və 30 xilasedici cəlb olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.