Azərbaycanla qarşılıqlı mübadilə yolu ilə Ermənistana qaytarılan erməni hərbi qulluqçuların tibb mərkəzlərində müalicəyə və əlavə müayinələrinə ehtiyac yoxdur.
Ermənistan KİV xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Anait Avanesyan bildirib.
Qeyd edək ki, dekabrın 13-də Qazax rayonunda Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi prosesi baş tutub.