Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla görüşüb.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
İrəvanda keçirilən görüşdə tərəflər Rusiya Federasiyası və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya çərçivəsində ikitərəfli münasibətləri və Avrasiya İqtisadi Birliyi formatında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası bu gün İrəvanda keçiriləcək.