“Rusiyadan Ermənistana idxal olunan təbii qazın qiyməti 2024-cü ildə dəyişməyəcək və müvafiq olaraq istehlakçılar üçün tarif də dəyişməyəcək”.
Ermənistan KİV xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.
"Hazırda bizdə dəqiq məlumat var ki, təbii qazın qiyməti 2024-cü ildə dəyişməyəcək. Və əminəm ki, buna görə də tarif dəyişməyəcək", - o vurğulayıb.
Baş nazirin müavini bildirib ki, “Qazprom Ermənistan” artıq Rusiyanın “Qazprom” şirkəti ilə 2024-cü il üçün müqavilə imzalayıb. Ermənistanla sərhəddə Rusiya təbii qazının qiyməti min kubmetr üçün 165 ABŞ dolları təşkil edir.