Azərbaycan, Qazaxıstan və Özbəkistan Birgə Kommünike qəbul edib

Bakıda Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Mərkəzi Asiyadan Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq Birgə Kommünike qəbul edilib.


Bu barədə Senzor.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.


Məlumata görə, sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev imzalayıblar.


Birgə Kommünikedə bərpa olunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, “yaşıl” hidrogen və “yaşıl” ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunub. Sənədə əsasən tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəliblər. Birgə Kommünikeyə uyğun olaraq regionda üçüncü ölkələr bu layihədə iştirak edə bilər.


Birgə Kommünikedə deyilir ki, Azərbaycan ilə Mərkəzi Asiya regionu ölkələri arasında iqtisadi və energetika əməkdaşlığının, o cümlədən Orta Dəhlizin imkanlarının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə, bərpa olunan enerji mənbələrindən geniş istifadənin tətbiqinə əsaslanan davamlı inkişafa alternativin olmadığını, eləcə də tərəflərin öz iqtisadiyyatlarını inkişaf etdirmək hüququndan məhrum etmədən gələcək karbonsuzlaşma üçün ayrı-ayrılıqda və birgə səylərini davam etdirmək niyyətlərini vurğulayaraq, müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində birgə fəaliyyətin və əməkdaşlığın uğurlu təcrübəsini nəzərə alaraq, Azərbaycanın region ölkələrinin enerji sistemlərinin gələcək inkişafının koordinasiyası və sinxronlaşdırılması təşəbbüsünü, enerji sistemlərinin davamlı birləşdirilməsi potensialı, həmçinin təmiz elektrik enerjisinin, tərəflərin qarşılıqlı maraqlarına uyğun olaraq, o cümlədən üçüncü ölkələrin bazarlarına tədarükü və mübadiləsi səylərini alqışlayaraq, Xəzər-Qara dəniz-Avropa ixrac dəhlizinin birgə layihəsinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən həyata keçirilməsini nəzərə alaraq, Naxçıvan-Türkiyə-Avropa enerji dəhlizinin perspektivlərini qeyd edərək, “Yaşıl” elektronların və molekulların daşınması üçün infrastruktur yaratmaq səylərinin əlaqələndirilməsindən ortaya çıxan perspektivləri vurğulayaraq, Prezident İlham Əliyevin bu istiqamətdə aidiyyəti nazirliklərin və kommersiya təşkilatlarının səylərinin birləşdirilməsi tapşırığını nəzərə alaraq; Nazir Almasadam Satkaliyev tərəfindən təmsil olunan Qazaxıstanın Energetika Nazirliyi; Nazir Jurabek Mirzamahmudov tərəfindən təmsil olunan Özbəkistanın Energetika Nazirliyi; Nazir Laziz Kudratov tərəfindən təmsil olunan Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi; Nazir Mikayıl Cabbarov tərəfindən təmsil olunan Azərbaycanın İqtisadiyyat Nazirliyi; Nazir Pərviz Şahbazov tərəfindən təmsil olunan Azərbaycanın Energetika Nazirliyi noyabrın 14-də Bakıda iclas keçiriblər.


Nazirlər ölkələrin bərpa olunan enerji sahəsində potensialını vurğulayıb, alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqlarını qeyd ediblər. Bu kontekstdə Azərbaycanın enerji sisteminə inteqrasiya edəndən sonra Qara dənizin dibi ilə yüksək gərginlikli xətlərin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olunub. Nazirlər təsdiqləyiblər ki, “yaşıl” enerjinin ötürülməsi layihəsinin inkişafı iştirakçı ölkələrin iqtisadiyyatları və enerji sistemləri arasında əlaqələri daha da gücləndirəcək, həmçinin milli enerji sənayelərinə yeni təkan verəcək.


1) İclasda iştirak edən tərəflər (bundan sonra “Tərəflər”) aşağıdakı istiqamətlər üzrə texniki tapşırığı hazırlamaq üçün Birgə İşçi Qrupun yaradılması barədə razılığa gəldilər:


- bərpa olunan enerji mənbələrinə fokuslanaraq enerji mübadiləsi sahəsində əməkdaşlıq;


- “yaşıl” hidrogen və “yaşıl” ammonyakın inkişafı və ixracı imkanları sahəsində əməkdaşlıq;


- müvafiq infrastrukturun yaradılmasında əməkdaşlıq.


2) Tərəflərin təsdiq etdiyi texniki tapşırıq əsasında ilkin texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün tender elan ediləcək;


3) Tərəflər qısa müddət ərzində layihənin həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması perspektivini nəzərdən keçirəcəklər;


4) Tərəflər regionda üçüncü ölkələrin iştirakına imkan verən layihə formatından istifadə etmək niyyətlərini təsdiq edirlər.


Tərəflər üçtərəfli görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını bildiriblər.


Layihənin təşviqi üzrə sistemli işin təşkili məqsədilə Tərəflər razılığa gəliblər:


- həftəlik əsasda, o cümlədən onlayn formatda ekspertlər səviyyəsində Birgə İşçi Qrupun iclaslarını keçirmək;


- hər ay onlayn rejimdə energetika nazirləri səviyyəsində danışıqları təşkil etmək;


- rübdə bir dəfə müvafiq nazirliklərin rəhbərləri səviyyəsində üzbəüz görüşlər keçirmək.


Tərəflər müvafiq nazirliklərin rəhbərləri səviyyəsində növbəti görüşün Özbəkistanın paytaxtı Daşkənddə keçirilməsi barədə razılığa gəliblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.