Kiyevin meri Vitali Kliçko Ukrayna rəhbəri Volodimir Zelenskinin iştirakı ilə keçirilən son tədbirdə iştirak etməyib.
Bu barədə Strana.ua məlumat yayıb.
Qeyd olunur ki, Kliçko videokonfrans vasitəsilə Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasında iştirak etməyib. Paytaxtı şəhər hərbi administrasiyasının rəhbəri Popko təmsil edib.
Konfrans iştirakçıları dərhal Kliçkonu görmədiklərini qeyd ediblər. Popko da cavab olaraq deyib ki, "mer yoxdur". Bu, yerli hakimiyyət orqanlarının kəskin reaksiyasına səbəb olub. Bundan sonra Zelenski gülməyə və əli ilə gözlərini örtməyə başlayıb.
"Paytaxtda mer olmasını təmin etmək üçün hər şey edilməlidir", - deyə Ukrayna Prezidenti mesaj verib.
Publika.az xatırladır ki, daha əvvəl Kliçko Zelenskinin səhvlərə görə cəzalandırılacağını bildirmişdi. O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının təmas xəttində yaranmış dalana dirənmə ilə bağlı fikirlərini dəstəklədiyini bəyan etmişdi.