Finlandiya NATO-ya qoşulmaqla bağlı problemlər yaşayacaq.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişində deyib.
“Finlandiyanı götürüb NATO-ya qoşdular. Bizim hər hansı problemimiz var idi? Bütün mübahisələr, xüsusilə ərazi məsələləri XX əsrin ortalarında həll olunmuşdu. Sonra bizim xoş münasibətlərimiz vardı. Problem yox idi, amma olacaq. Çünki biz indi Leninqrad hərbi dairəsini yaradacaq və ora hərbi birləşmələr yerləşdirəcəyik. Bunlara lazım idi?” - Putin bildirib.