Avropa Liqası: “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi bu gün bəlli olacaq

Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olacaq.

 

Senzor.az bildirir ki, Ağdam təmsilçisinin bu mərhələdə üz-üzə gələcəyi komanda İsveçrənin Nyon şəhərindəki püşkatma mərasimində müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

Tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksələn “köhlən atlar” püşkdə Çempionlar Liqasında öz qrupunu 3-cü pillədə başa vuran komandalardan biri ilə düşəcək.

 

“Qarabağ”ın potensial rəqibləri bunlardır: “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə), “Şaxtyor” (Donetsk, Ukrayna).

 

Azərbaycan çempionu bu raundda ilk matçını səfərdə, cavab oyununu isə evdə keçirəcək.

 

Reqlamentə əsasən, pley-off mərhələsində eyni ölkə təmsilçiləri üz-üzə gələ bilməzlər. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək. Səkkiz cütün qalibi 1/8 finalın püşkatmasında Avropa Liqasında qruplarını lider kimi tamamlayan komandalara qoşulacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.