Azərbaycan Premyer Liqas: “Qarabağ” “Neftçi”yə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.

 

Son oyun günündə - turun mərkəzi görüşündə “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gəliblər. 

 

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda Ağdam təmsilçisi rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada ilk qolu 70-ci dəqiqədə Yassin Benzia vurub. Matçda son nöqtəni isə 90+2-ci dəqiqədə Hamidu Keyta qoyub.

 

Bu nəticədən sonra "Köhlən atlar" 38 xalla turnir cədvəlinə başçılıq edir. 25 xalı olan Bakı klubu isə beşinci pillədə qərarlaşıb. "Zirə" 29 xalla ikinci, hərəyə 26 xal toplayan "Səbail"lə "Araz-Naxçıvan" isə 3 və 4-cü yerləri bölüşdürürlər.

 

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Səbail” “Qəbələ”yə 3:0, “Araz-Naxçıvan” “Sabah”a 2:0, “Turan Tovuz” “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib, “Kəpəz” və “Sumqayıt” komandaları isə sülhə razılaşıblar – 1:1.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.