HƏMAS İsrailin bir həftəlik atəşkəs təklifini rədd etdi

HƏMAS girovların azad edilməsi müqabilində İsrailin təklif etdiyi bir həftəlik atəşkəs razılaşmasını rədd edib.

 

Bu barədə “Voll Strit Jurnal” nəşri misirli mənbələrinə istinadla məlumat yayıb.

 

Məlumata görə, İsrail təcili tibbi yardıma ehtiyacı olan bütün qadın, uşaq və qocalar da daxil olmaqla, 40 nəfərin azad edilməsini istəyib. Bunun müqabilində İsrail Qəzza zolağında quru və hava əməliyyatlarını bir həftə müddətinə dayandırmağı təklif edib, həmçinin anklava humanitar yardım axınına zəmanət verib.

 

Nəşrin mənbələri bildiriblər ki, HƏMAS nümayəndələri israilli girovların qaytarılması məsələsini yalnız atəşkəsdən sonra müzakirə etməyə hazır olduqlarını bəyan ediblər. 

 

Bundan başqa, “İslami Cihad” qruplaşması 100-dən çox girov müqabilində İsraildən bütün üzvlərini həbsxanalardan azad etməyi tələb edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.