Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib.
Senzor.az bildirir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanovun, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyevin və FHN-in müvafiq struktur bölmə və qurumları rəhbərlərinin iştirak etdiyi müşavirədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub, məruzələr dinlənilib.
Müşavirədə yekun nitqi ilə çıxış edən nazir Kəmaləddin Heydərov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində həlli zəruri məsələləri qeyd edib, müvafiq tapşırıqlar verib.