Bu gün Azərbaycan-İran Dövlət Komissiyasının həmsədrləri - Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında telefon danışığı baş tutub.
Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Telefon danışığı zamanı iki ölkə arasında xüsusilə iqtisadi, nəqliyyat və energetika və digər sahələrə dair müzakirə aparılıb.
Eləcə də Astarada yeni tranzit marşrutu və birgə bəndlər də daxil olmaqla ortaq layihələrin yekunlaşdırılmasının sürətləndirilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda, tərəflər Azərbaycan-İran Dövlət Komissiyasının həmsədrlərinin iştirakı ilə yaxın vaxtlarda Astara sərhədində iki ölkə arasında yeni tranzit keçidinin açılması barədə razılığa gəliblər.