Şimali Koreya lideri Kim Çen İn ABŞ-ın misli görünməmiş qarşıdurma hərəkətlərinə qarşı çıxmaq üçün hərbi, sursat sənayesi və nüvə sektoruna müharibə hazırlığını gücləndirməyi əmr edib.
Bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, Yeni il öncəsi hesabatla çıxış edən və siyasi istiqamətləri müəyyənləşdirən Kim Çen Pxenyanın imperializmə qarşı olan müstəqil ölkələrlə strateji əməkdaşlığı genişləndirəcəyini vurğulayıb.
Həmçinin Kim Çen orduya və döyüş sursatları, nüvə silahları və mülki müdafiə sənayesinin müharibə hazırlıqlarını daha da sürətləndirmək göstərişi verib.