Ukraynaya kütləvi raket hücumu: ÖLƏNLƏRİN SAYI 27-yə ÇATIB, 144 NƏFƏR YARALANIB
YENİLƏNİB

Ukraynaya raket hücumu nəticəsində ölənlərin sayı 27-yə çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, daha 144 nəfər yaralanıb.

 

Ölən və yaralananların sayının artacağı istisna edilmir.

 

**19:06


Ukraynanın kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 23-ə çatıb.


Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib.


Qeyd olunub ki, 134 nəfər yaralanıb.


Məlumata görə, həmçinin bir neçə rayonda elektrik enerjisi kəsilib.


Bildirilib ki, xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirirlər.


V. Türk sözügedən hücumu pisləyib.


**16:52

Ukraynanın müdafiə naziri Rustem Umerov Rusiyanın kütləvi raket hücumlarının təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq edib.


Yerli KİV xəbər verir ki, o, bu barədə feysbukda yazıb.


Nazir bildirib ki, Rusiyanın kifayət qədər raket ehtiyatı var: “Qarşı tərəf belə hücumları təkrarlaya bilər və təkrarlayacaq”.


Qeyd edək ki, bu gün Ukraynaya kütləvi raket hücumu həyata keçirilib. Nəticədə 19 adam həlak olub.


**14:54

Rusiya ordusunun dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu nəticəsində ölkənin Zaporojye vilayətində 4 nəfər ölüb, 10 nəfər yaralanıb.


Bu barədə Zaporojye Hərbi Vilayət Administrasiyasının rəhbəri Yuri Malaşko teleqramda yazıb.


Bununla da bu gün Ukraynada ölənlərin sayı 19-a çatıb. Həlak olanların sayının artacağı istisna edilmir.


Onun sözlərinə görə, həmçinin bir neçə iaşə obyektinə, o cümlədən təhsil müəssisələrinə və xəstəxanalara ziyan dəyib.


**13:54


Son sutkada Ukraynaya ümumilikdə 158 hava hücumu olub.


Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı teleqramda yazıb.


O bildirib ki, ölkənin müxtəlif vilayət və şəhərləri raket hücumuna məruz qalıb: "Rusiya həm müxtəlif tip raketlər, həm də pilotsuz uçuş aparatları (PUA) ilə hücuma keçib. Hücumlardan 27-si “Shahed” PUA-ları ilə olub".


**11:12


Ukraynada Rusiyanın kütləvi dron və raket hücumu ilə bağlı gərginlik davam edir.


Ukrayna mediası xəbər verir ki, Dnepr meri hava hücumları zamanı ölənlərin və yaralananların olduğunu deyib. 


Bundan başqa, Kiyevdə 5 nəfər yaralanıb. Şəhərdə "Artyom" hərbi zavodu və "Lukyanovskaya" metro stansiyası da zərbələr zamanı zədələnib.


Xarkov meri Terexov isə şəhərə 22 zərbə endirildiyini, ölən və yaralananların olduğunu bildirib.


Raket zərbələrinin Odessa, Ternopol və Lvov şəhərlərinə də endirildiyi bildirilir.

**10:12

Ukraynaya kütləvi raket hücumu həyata keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, nəticədə ölkənin bir çox vilayət və şəhərlərində, o cümlədən Kiyev şəhəri və vilayətində ard-arda partlayışlar olub.

 

Rusiya Ukrayna ərazisini “Shahed” pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərlə vurub.

 

Bütün ölkə ərazisində hava hücumundan müdafiə sistemləri işə düşüb.

 

Kütləvi hücumun nəticələri barədə hələ ki məlumat yoxdur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.