Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.
Səfir bu barədə “X”də yazıb.
Tərəflər sülh prosesi və regional məsələləri müzakirə ediblər.
C.Bağçı E.Əmirbəyovu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.