“Sülh sazişinin harada və nə vaxt imzalanacağını Bakı və İrəvan müəyyən edəcək” - RUSİYA XİN

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanma tarixini və yerini müəyyən etmək bu dövlətlərin özlərinin səlahiyyətindədir.


Rusiya KİV-ləri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.


“Heç bir dövlətin onların əvəzinə bunun nə vaxt baş verəcəyinə qərar vermək hüququ yoxdur”, - o vurğulayıb.


Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda cərəyan edən hadisələrə biganə qala bilməz: “Rusiya tarixən Qafqazın bir hissəsidir. Üstəlik, o, regionda və dünyada yeganə ölkədir ki, həm Azərbaycan, həm də Ermənistanla müttəfiqlik münasibətlərini saxlayır”.


Diplomatın fikrincə, Cənubi Qafqazın taleyini regionu özünə "ümumi ev" hesab edənlər müəyyən etməlidir: “Regiondan kənar ölkələr Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə yol açmayacaq”.


“Biz iki qonşu dövlətin barışığına, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərpasına əvəzsiz töhfə vermək istəyirik. Balanslaşdırılmış sülh sazişinin hazırlanmasında Azərbaycan və Ermənistana kömək etmək üçün səylər göstərmişik və bu gün də göstəririk”, - o söyləyib.


M.Qaluzin həmçinin qeyd edib ki, Bakı və İrəvan “3+3” regional platformasına (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran, Türkiyə) arxalana bilər.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.