Netanyahu Cənubi Afrikanın Qəzzada soyqırım iddialarını "boş söhbət" və yalan adlandırıb

İsrail Cənubi Afrikanın İsrail ordusunun Qəzza zolağındakı hərəkətlərində soyqırım əlamətlərinə dair açıqlamalarını "yalançı sövdələşmə" və "boş söhbət" hesab edir.


Bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu bəyan edərək, ölkəsinin ədalətli müdafiə müharibəsi apardığını, Qəzzada dinc əhalinin ölümündə Fələstinin radikal HƏMAS hərəkatının günahkar olduğunu vurğulayıb.


“Cənubi Afrikanın İsrailin “soyqırım törətməsi” ilə bağlı yalan ritorikası haqqında bir şey demək istərdim. Xeyr, Cənubi Afrika, soyqırımı törətməyə gələn biz deyilik – HƏMAS-dır. Bacarsalar hamımızı öldürərdilər. Əksinə, İsrail ordusu mümkün qədər mənəvi hərəkət edir. İsrail ordusu mülki insanlara zərər verməmək üçün əlindən gələni edir, HƏMAS isə onlara zərər vermək üçün hər şeyi edir və onlardan canlı qalxan kimi istifadə edir” - Netanyahu hökumətin həftəlik iclasında deyib. Onun sözləri idarə tərəfindən yayılıb.


Hökumət başçısı belə bir tənqidin Yaxın Şərqin digər qaynar nöqtələrində hərbi toqquşmaların kəskinləşməsi zamanı Cənubi Afrika tərəfindən səsləndirilmədiyi barədə fikir bildirib. “Mən soruşuram: Suriyada, Yəməndə və digər ərazilərdə milyonlarla insan öldürüləndə, evlərindən didərgin düşəndə siz, Cənubi Afrika Respublikası və bizə mühazirə oxuyan hər kəs harada idiniz? Siz orada deyildiniz, çünki indi etdiyiniz hər şey boş söhbətlər, yalanlar və boşboğazlıqdır. Ədaləti və əxlaqı misilsiz olan müdafiə savaşımızı davam etdirəcəyik”, - deyə o əlavə edib.


Qeyd edək ki, dekabrın 29-da Cənubi Afrika Xarici İşlər Nazirliyi bildirib ki, Cənubi Afrika Respublikası İsrailin Qəzza zolağındakı hərəkətləri və Cinayətin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyanı pozması və genosid ilə əlaqədar Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.