Rusiyanın Bryansk vilayətinə növbəti dəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə vilayət qubernatoru Aleksandr Boqomaz Teleqram kanalında yazıb.
O bildirib ki, Rusiya ordusunun elektron döyüş sistemləri Ukraynaya məxsus PUA-ları zərərsizləşdirib: "Hücum nəticəsində dağıntı və itki olmayıb".
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bir müddət əvvəl də Bryansk vilayətinə Ukrayna tərəfinin PUA-larla hücum etdiyi barədə məlumat yaymışdı.