Bu yaxınlarda Belqorodda baş verənlər terror aktıdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Çünki onlar iki “Olxa” raketinin mühafisəzi altında, RYAS-dan atəş açdılar. RYAS-ın nə olduğunu siz hərbçilər daha yaxşı bilirsiniz. Bu silahlarla onlar Yeni il öncəsi şəhərin mərkəzinə, insanların olduğu yerə atəş açdılar. Təbii ki, Rusiya da Kiyevdə və istənilən başqa şəhərdə meydanları vura bilər, lakin yalnız hərbi hədəfləri vurur və vuracaq”, - Putin bildirib.
Rusiya lideri onu da vurğulayıb ki, onlar Ukraynada konflikti mümkün qədər tez bitirmək istəyirlər. Amma... Putin əlavə edib ki, bu, yalnız yalnız “bizim şərtlərlə” ola bilər.
Qeyd edək ki, dekabrın 30-da Ukrayna ordusunun Belqoroda endirdiyi zərbələr nəticəsində 24 nəfər ölüb, 131 nəfər isə yaralanıb.