Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) səyləri ilə İraqın şimalındakı Süleymaniyyə şəhəri yaxınlığında Türkiyədə narkotik ticarətinə “nəzarət edən” PKK terrorçusu zərərsizləşdirilib.
Senzor.az bildirir ki, bu barədə yerli KİV Türkiyənin təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, cinayətkar təşkilatın liderləri Süleymaniyyə ətrafında narkotik ticarətinin təşkili ilə bağlı xüsusi missiyanı “Cesur Vedat” kod adlı Əbdülmütalip Doğrucuya həvalə ediblər.
O, əvvəllər İstanbulda “narkotik ticarəti və ağır oğurluq” ittihamı ilə mühakimə olunub. 2017-ci ildə Doğrucu İraqa köçüb və orada PKK sıralarında cinayətkar fəaliyyətini davam etdirib.