“Heydər Əliyev Naxçıvan Ali Məclisinə sədr seçiləndə Naxçıvan Hərbi Hospitalında milli kadr çatışmazlığı vardı. Heydər Əliyev Hospitala gələrək milli kadr siyasəti ilə bağlı ciddi tapşırıqlar verdi. Xarici ölkələrdən təcili yardım maşınlarının alınmasını təmin etdi. Təsəvvür edirsiniz, o vaxt Bakıda belə müasir təcili yardım maşınları yox idi, amma Heydər Əliyev Naxçıvana müasir maşınların gətirilməsinə nail oldu”.
Senzor.az bildirir ki, bunları Real TV-nin “Profil” layihəsində Kamran Qasımovun qonağı olan general-mayor Natiq Əliyev Heydər Əliyevin Naxçıvan Ali Məclisinə sədrlik etdiyi dönəmdə Naxçıvan Hərbi Hospitalına göstərdiyi yüksək diqqətdən danışarkən deyib.
N.Əliyev Ulu Öndərin Naxçıvanda olarkən göstərdiyi çoxşaxəli fəaliyyətindən, taleyüklü problemlərin həlli ilə bağlı gördüyü işlərdən və bu günə qədər açıqlanmayan, amma hamı üçün maraqlı olan digər məqamlardan da bəhs edib.
Daha ətraflı videoda: