“Azərbaycan bağı” və Natəvanın abidəsi ilə bağlı Fransanın Evian-lö Bən şəhər meriyasına müraciət edilib

Fransanın Paris şəhərində fəaliyyət göstərən Azərbaycan Evi ölkənin Evian-lö Bən şəhər bələdiyyə şurasının “Azərbaycan bağı” ilə bağlı qərarı və parkda yerləşən Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsi ətrafında yaranmış təhlükəyə görə müraciətlə çıxış edib.


Senzor.az xəbər verir ki, Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın adından Evian-lö Bən şəhər meri Jozian Leyə ünvanlanan müraciətdə yaranmış mövcud durumdan dərin narahatlıq ifadə edilib. Müraciətdə Fransanın öz ərazisində mövcud olan bütün mədəniyyətlərə dəyər verən dövlət kimi tanındığı yada salınıb:


“Lakin Azərbaycana qarşı son hərəkətlər, xüsusən də “Azərbaycan bağı”nın adının dəyişdirilməsi ilə bağlı irəli sürülən təkliflər ədalət və mədəni müxtəlifliyə hörmət prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir”.


Xurşidbanu Natəvanın XIX əsr Azərbaycan ədəbiyyatının əsas simalarından biri, qadın azadlığının rəmzi olduğu, Azərbaycanın ictimai əlaqələrinin mədəni yüksəlişinə və həyatına mühüm töhfələr verdiyi diqqətə çatdırılıb. Avropadakı qadın yazıçıların tez-tez kişi təxəllüslərindən istifadə etdiyi bir vaxtda islami dəyərlərin daşıyıcısı olan Natəvanın ölkəmizin mədəniyyət şəhəri olan Şuşada ədəbi məclislərə rəhbərlik etdiyi, 1858-ci ildə məşhur fransız yazıçısı Aleksandr Düma ilə tanış olduğu vurğulanıb: “Onların dostluğunu Natəvanın fransız dilini mükəmməl bilən əri Xasay xan möhkəmləndirib. Natəvanın Bakı şəhərindən Şıx kəndinə daş yol çəkməsi hadisəsi A.Dümanın “Qafqaza səyahət” kitabında xatırlanıb”.


Bildirilib ki, belə qərarlar iki ölkə arasında xoş niyyətin gücləndirilməsi üçün vacib olan qarşılıqlı anlaşma və əməkdaşlıq əlaqələrini pozmaq riski yaradır. Halbuki Fransa müxtəlif mədəni irslərə və ikitərəfli əlaqələrə hörmətli münasibət sərgiləməlidir: “Ölkələrimiz arasında qarşılıqlı anlaşmaya töhfə verən mədəni rəmzlərin qorunmasının vacibliyini dərk edərək, biz hakimiyyətin müvafiq qurumlarını bu qərarlara yenidən baxmağa çağırırıq”.


Mədəniyyətin ölkələrə bütün digər maneələri dəf etmək imkanı verdiyini vurğulayan Paris Azərbaycan Evi bu problemə diqqət yetirilməsini xahiş edib və onun Fransanın qürurla təmsil etdiyi müxtəlif mədəniyyətlərin dəyərlərinə uyğun şəkildə həllinə ümid etdiyini vurğulayıb.


Xatırladaq ki, Azərbaycanın İsmayıllı şəhəri ilə Fransanın Evian-lö Bən şəhəri arasında 2015-ci ildə imzalanmış qarşılıqlı dostluq və əməkdaşlıq xartiyasına əsasən, 2017-ci ildə bu şəhərdə “Azərbaycan bağı” açılıb və parkda Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.