12 ölkə Qırmızı dənizdə gəmilərə hücumlarla bağlı husilərə xəbərdarlıq etdi
FOTO

ABŞ, İngiltərə, Almaniya, Kanada, İtaliya və Yaponiya da daxil olmaqla 12 ölkə birgə bəyanatla husiləri Qırmızı dənizdəki hücumlarına görə qınayıb və buna görə məsuliyyəti onların daşıdığını bildirib.

 

Senzor.az bildirir ki, Ağ Ev tərəfindən edilən və ABŞ, Avstraliya, Bəhreyn, Belçika, Kanada, Danimarka, Almaniya, İtaliya, Yaponiya, Hollandiya, Yeni Zelandiya və İngiltərənin imzaladığı birgə bəyanatda husilərin hücumlarının dünya dəniz ticarətini ciddi şəkildə pozduğu və bunun milyonlarla insanın həyatına mənfi təsir göstərdiyi, beynəlxalq ictimai rəyin böyük hissəsinin bu hücumlara qarşı həmrəy olduğu qeyd edilib.

 

"Husilərin davam edən hücumları qeyri-qanuni, qəbuledilməzdir və ciddi şəkildə sabitliyi pozur. Mülki gəmiləri və hərbi gəmiləri bilərəkdən hədəfə almaq üçün heç bir beynəlxalq əsas yoxdur", - deyə açıqlamada vurğulanıb.

 

Açıqlamada husilərin hücumlarının “kollektiv cavab” tələb etdiyi qeyd olunub  və bu qeyri-qanuni hücumların dərhal dayandırılmasına və qanunsuz olaraq həbs edilən gəmilərin sərbəst buraxılmasına çağırış edilib.

 

“Bu hücumlar insan həyatını, qlobal iqtisadiyyatı və ticarətin sərbəst axınını təhdid etməyə davam edərsə, bu hücumların məsuliyyəti husilərin çiyinlərinə düşəcək”,-deyə bəyanatda bildirilir.

 

Qeyd edək ki, husilərin son hərəkətlərindən sonra bir çox gəmiçilik şirkətləri Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəliblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.