Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası yanında Kommunikasiya Direktorluğundan məlumat verilib.

 

Liderlər qlobal və regional problemləri, o cümlədən Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər.

 

Ərdoğan Zelenski ilə söhbəti zamanı qeyd edib ki, o, Ukrayna və Fələstin torpaqlarında axan qanın dayandırılması, sülhün bərqərar olması üçün böyük səylər göstərir.

 

Dövlət başçısı bildirib ki, Türkiyə Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu öz üzərinə götürməyə və sülh danışıqları aparmağa hazırdır.

 

Türkiyə lideri taxıl dəhlizinin bərpasının vacibliyini bildirib və bu məqsədlə diplomatik əlaqələri davam etdirdiyini qeyd edib.

 

Ərdoğan bildirib ki, tezliklə atəşkəs əldə olunmalı və Ukraynada sülh üçün qapı açılmalıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.