Türkiyə XİN rəhbəri ilə Blinkenin görüşündə Azərbaycan-Ermənistan sülh danışıqları da müzakirə olunub
YENİLƏNİB

Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken arasında görüş zamanı iki ölkə arasında münasibətlər hərtərəfli müzakirə olunub.


Bu barədə diplomatik mənbələr bildirib.


Bundan əlavə, nazir Fidan həmsöhbətinə Türkiyənin F-16-nın satınalma prosesinin yekunlaşmasını gözlədiyini bildirib.


O, həmçinin bildirib ki, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı yekun qərarı ölkə parlamenti verəcək.


“İki nazir Qəzzada davam edən insan faciəsini də qiymətləndiriblər. İsrailin artan təcavüzünün bütün bölgə üçün təhdid olduğuna diqqət çəkən nazir Fidan, dərhal atəşkəs elan edilməsi və Qəzzaya fasiləsiz humanitar yardımların çatdırılması lazım olduğunu vurğulayıb. O, iki dövlətli həll üçün danışıqların mümkün qədər tez başlamasına çağırıb.

Qara dənizdə gərginliyin olmasını istəmədiyimizi bildirən nazir Fidan Rusiya və Ukraynada istehsal olunan qida məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması üçün göstərdiyimiz səylərə də toxunub.


Görüş zamanı Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar, Suriya və İraq kimi regional məsələlər də müzakirə olunub”.(APA)

**15:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.


Bu barədə Türkiyə KİV-i məlumat yayıb.


Görüş İstanbuldakı Prezident iqamətgahında keçirilib.

**15:17

Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinkenin müzakirə etdikləri məsələlər açıqlanıb.


Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, tərəflər ikitərəfli və regional məsələlər barədə danışıblar. H.Fidan və A.Blinken həmçinin Qəzzadakı son durum, İsveçin NATO-ya üzvlüyü haqqında fikir mübadiləsi aparıblar.

**

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında görüş başa çatıb.


Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.


Tərəflərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

**13:38

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ölkədə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşü başlayıb.


Türkiyə mətbuatı xəbər verir ki, görüşdən sonra Blinkenin prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.


Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken ötən axşam Türkiyəyə səfərə gəlib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.