KİV: Viktor Orban Aİ Şurasının müvəqqəti Prezidenti ola bilər

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) Şurasının müvəqqəti Prezidenti ola bilər.


Bu barədə “Politico”nun məlumatında bildirilib. Qeyd olunub ki, buna səbəb Aİ Şurasının Prezidenti Şarl Mişelin iyunda keçiriləcək Avropa Parlamenti seçkilərində namizəd kimi iştirak etməsidir.


Şarl Mişel Belçika mediasına açıqlamasında seçkilərdə iştirak etmək məqsədilə öz vəzifəsini vaxtından əvvəl tərk edəcəyini bildirib. Qeyd olunub ki, Mişel seçiləcəyi təqdirdə iyulun ortalarında Avropa parlamentində vəzifə tutacaq. Bu səbəbdən Aİ liderləri mümkün qədər tez bir vaxtda onun xələfini müəyyənləşdirməlidirlər.


Aİ liderləri tərəfindən razılıq əldə edilməyəcəyi təqdirdə Aİ Şurasının Prezidenti postu iyulda rotasiya qaydasında Avropa İttifaqı Şurasına sədrliyi əldə edəcək Macarıstanın Baş naziri Viktor Orbana 6 ay müddətinə həvalə ediləcək.


Səlahiyyət müddəti cari ilin noyabrınadək olan Şarl Mişelin vəzifəsindən ayrılaraq parlament seçkilərində iştirak etmək hüququ olsa da, bu vəziyyətin Aİ liderləri üçün arzuolunmaz olduğu və onları əlavə təzyiq altında qoyduğu bildirilir.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.