ABŞ-ın Suriyada “Əl-Ömər” neft yatağı yaxınlığında yerləşən hərbi bazası raket atəşinə tutulub.
Bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
““Əl-Ömər” neft yatağı yaxnlığındakı ABŞ bazasına raket hücumu həyata keçirilib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, ABŞ bazasına 30 raket atılıb, buraxılış Suriyadan həyata keçirilib.