Qəzza zolağı üzrə Səhiyyə Nazirliyinin sözçüsü Dr. Əşrəf Əl Kudra İsrail ordusunun zolağın şimalındakı tibbi infrastrukturu məhv etdiyini, tibb işçilərinə hücumların davam etdiyini bildirib.
Bu barədə xarici KİV məlumat yayıb.
İsrailin qəsdən tibb işçilərini hədəf aldığını ifadə edən Kudra, indiyədək 336 tibb işçisinin hücuma məruz qaldığını, qarşıdurmalar zamanı 400-dən çox həkim və tibb bacısının yaralandığını, Qəzzanın şimalındakı xəstəxanaların baş həkimləri də daxil olmaqla 99 personalın yaralandığını vurğulayıb.
O, İsrailin tibb işçilərinə qarşı hərəkətlərinin “hüquqa zidd” olduğunu vurğulayaraq deyib: “Qəzzanın cənub hissəsindəki xəstəxanalar doludur və onların imkanları 360 faiz artıqlaması ilə yerinə yetirilib. Çarpayılar çatışmır və buna görə də yaralılar və xəstələr yerdə uzanırlar. Tibb işçiləri də bu vəziyyətdə sağ qalma şansı ən yüksək olan xəstələrə qulluq etməlidirlər. Çünki nə kifayət qədər insan var, nə də ləvazimat”.