Azərbaycanın İraqdakı fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov İraq Prezidenti Əbdüllətif Camal Rəşidlə görüşüb.
Senzor.az bildirir ki, bu barədə N.Məmmədov “X” hesabında paylaşım edib.
Qeyd olunub ki, ikitərəfli münasibətlər müzakirə olunub. Görüşdə tərəflər, həmçinin Azərbaycanla İraq arasında bir çox sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bir daha vurğulayıblar.