Rumıniya Prezidenti də Aİ Şurasının Prezidenti postuna iddialıdır
KİV

Rumıniya Prezidenti Klaus Yohannis vaxtından əvvəl boşalacaq Aİ Şurasının Prezidenti postuna iddialılar arasındadır.


Bu barədə "Bloomberg" Rumıniya Prezidentinin planları barədə məlumatlı olan mənbələrə istinadən yazıb.


"Bloomberg" yazır ki, Klaus Yohannis İtaliyadan Mario Draqi və Lüksemburqdan Xavier Bettelin də adlarının olduğu mümkün namizədlər siyahısındadır.


Qeyd edək ki, Yohannisin ikinci prezidentlik müddəti ilin sonunda başa çatır və o, yenidən namizəd olmaq hüququna malik deyil.


Prezident Yohannisin ofisinin sözçüsü prezidentin planlarını şərh etməkdən imtina edib.


Avropa Parlamentinə seçkilər iyunun 6-dan iyunun 9-dək keçiriləcək. Bu isə o deməkdir ki, hazırkı prezident Şarl Mişel iyun ayında parlamentə seçilərsə, səlahiyyət müddəti noyabrda başa çatsa da, o, iyulda hazırkı vəzifəsindən istefa verə bilər. Əvəzetmə ilə bağlı razılıq əldə olunmasa, bu vəzifəni müvəqqəti olaraq Macarıstanın Baş naziri Viktor Orban üzərinə götürə bilər, çünki onun ölkəsi Aİ Şurasına altı aylıq rotasiya əsaslı sədrlik həyata keçirəcək.


Macarıstan Baş naziri Viktor Orban Ukraynaya yardımı əngəllədiyi üçün Macarıstanın qarşıdan gələn sədrliyi Aİ liderlərini narahat edir və seçkilərdən sonra Aİ Şurasına Prezidentin seçilməsində kompromis üçün güclü stimul ola bilər.


Xatırladaq ki, Aİ Şurasının Prezidenti Aİ dövlət başçılarının iclaslarına sədrlik edir və xarici siyasətlə bağlı məsələlərdə bloku təmsil edir.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.