Serbiya Baş naziri seçki saxtakarlığı ilə bağlı ittihamları rədd edib

Serbiyanın Baş naziri Ana Brnabiç müxalifətin ötən ay keçirilmiş parlament və yerli özünüidarəetmə orqanlarına seçkilərdə saxtakarlıq ittihamlarını rədd edib, yeni hökumətin Avropa İttifaqına (Aİ) inteqrasiya istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.


Bu barədə A.Brnabiç “Politico” üçün yazdığı köşə yazısında bildirib.


O qeyd edib ki, Serbiyada növbədənkənar seçkilər məhz müxalifətin tələbi ilə keçirilib, lakin məhz elə onlar səsvermə günündən əvvəl beynəlxalq müşahidəçilərə nəticələri tanımayacaqları barədə birbaşa məlumat veriblər.


Baş nazir son illərdə Serbiya hökumətinin seçki vəziyyətini yaxşılaşdırmaq üçün qəbul etdiyi bir sıra islahatları sadalayıb və müşahidəçilərin səsvermənin nəticələri ilə bağlı heç bir əhəmiyyətli xəbərdarlığının olmadığını vurğulayıb.


“Yeni hökumət üçün birmənalı prioritet olan Aİ-yə inteqrasiya üzrə işi davam etdirmək üçün əsas olan şey yeni hökumətin səmərəli şəkildə formalaşdırılmasıdır”, - siyasətçi yazıb.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.