ABŞ da husilərin hücumları ilə bağlı İrana xüsusi ismarış göndərdi - “DÜNYANIN SƏBRİ TÜKƏNİR”

ABŞ Yəmən husilərinin hücumları ilə bağlı İrana xüsusi ismarış göndərib.

 

Senzor.az “Reuters”ə istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Co Bayden məlumat verib.

 

“Biz bu ismarışı xüsusi olaraq çatdırdıq və əminik ki, o hərtərəfli hazırlanıb”, - deyə Bayden ildirib.

 

Yeri gəlmişkən, Britaniya və ABŞ-ın Tehranın dəstəklədiyi Husi üsyançılarına qarşı hava zərbələri endirməsinin ardınca Britaniyanın müdafiıə naziri Qrant Şapps da İrana xəbərdarlıq edərək bildirib ki, dünyanın "səbri tükənir".

 

O, "The Telegraph"a müsahibəsində bildirib ki, Tehran Husilərə və Yaxın Şərqdəki digər proksilərinə "dayan" deməli və onlara qırmızı xəttin keçildiyi barədə xəbərdarlıq etməlidir: “Tehran Husilər, Hizzbullah, İraq və Suriyadakı proksilərini dayandırmalıdır, çünki həm Britaniyanın, həm də dünyanın səbri artıq tükənir. Biz sizi, nə etdiyinizi görürük. Bunu necə etdiyinizi görürük, xüsusən də Husi üsyançıları ilə birgə və bəyan edirik ki, bundan heç kimə bir fayda gəlməyəcək. Biz gəmiçilik vəziyyətinə görə, "HMS Diamond"a (Britaniya gəmisi – red.) hücum edildiyinə görə özümüzü müdafiə edirik. İranın burada mühüm rolu var və bu ölkə, onun bölgədəki çoxsaylı proksiləri daha aydın şəkildə başa düşməlidir ki, bundan heç bir xeyir gəlməyəcək və bu yolda davam etsələr, hamı itirəcək.

 

Əsasən beynəlxalq daşımalara təcavüz edən, risklər yaradan quldurlara icazə verə bilmərik...”.

 

O deyib ki, hazırda 50-dən çox ölkə Husilərin yaratdığı bu vəziyyətdən təsirlənib: "Bu, İsrail-Qəzza münaqişəsi ilə bütün əlaqəni itirib və İran mütləq Husilərə həddən artıq irəli getdikləri mesajını verməlidir".

 

Xatırladaq ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmənin husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və Fələstin anklavında əməliyyat dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

 

Buna cavab olaraq ABŞ səlahiyyətliləri gəmilərin naviqasiya azadlığını və təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” (Rifah Mühafizə Əməliyyatı) əməliyyatına başlayıblar.

 

Daha sonra ABŞ və Böyük Britaniya Yəməndə husilərin mövqelərinə aviazərbələr endiriblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.