Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Danışıq zamanı Əl Nahyan türk əsgərlərinin terrorçuların hücumu nəticəsində şəhid olmasıyla bağlı Ərdoğana başsağlığı verib.
Bundan əlavə, söhbət əsnasında Türkiyə ilə Birləşmiş Ərəb Əmirliklərinin terrora qarşı mübarizədə həmrəy olduqları da vurğulanıb.