Britaniya 2024-cü ilin birinci yarısında Kral Hərbi Dəniz Qüvvələri, Britaniya ordusu və Kral Hərbi Hava Qüvvələrindən 20000 xidmət personalını NATO-nun “Steadfast Defender 24” təlimində iştirak etmək üçün bütün Avropaya yerləşdirəcək.
Britaniya hökumətinin saytı xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Qrant Şappsın bu gün Böyük Britaniyanın təhdidlərin qarşısını almaq, müdafiə sahəsində müttəfiqlərlə əməkdaşlıqla bağlı ölkənin vizyonunu açıqlayan çıxışında bəyan edəcək.
Bildirilib ki, yerləşdirmə zamanı Britaniyanın Kral Hava Qüvvələrinin ən müasir döyüş təyyarələri və müşahidə təyyarələri, Kral Donanmasının ən qabaqcıl döyüş gəmiləri, sualtı qayıqları və Ordunun bütün imkanlarından istifadə ediləcək.
Qeyd olunub ki, Kral Donanmasının səkkiz döyüş gəmisi, sualtı qayığı və 2000-dən çox dənizçisi göndəriləcək.
"Kraliça "Elizabeth Class" təyyarədaşıyan gəmisi, onun "F-35B Lightning" reaktiv təyyarələri və helikopterlərindən ibarət hava qüvvələri qrupunda yerləşən, müşayiət freqatları, esminesləri ilə əhatə olunmuş Böyük Britaniyanın Daşıyıcı Hücum Qrupu Şimali Atlantik, Norveç dənizi, Baltik dənizində müttəfiqlərin hərbi gəmiləri və sualtı qayıqlarından ibarət güclü dəniz qüvvələrinin bir hissəsi kimi fəaliyyət göstərəcək.
400-dən çox Kral Dəniz Piyadaları Komandosu dünyanın ən sərt mühitlərindən birində alyansı müdafiə etmək üçün hazırlanmış müttəfiq amfibiya tapşırıq qrupunun tərkibində Arktika Dairəsinə yerləşdiriləcək. Britaniya ordusunun 16000 əsgəri 2024-cü ilin fevral ayından iyun ayına kimi tanklar, artilleriya, helikopterlərlə birgə Şərqi Avropada yerləşdiriləcək.
Böyük Britaniyanın quru qoşunlarının NATO-nu müdafiə etmək üçün hazırlığını yoxlamaq, gücləndirmək və müttəfiq silahlı qüvvələrlə birgə fəaliyyət göstərmək qabiliyyətini gücləndirmək üçün yerləşdiriləcək.
Kral Hərbi Hava Qüvvələri "F35B Lightning" reaktiv hücum təyyarələri və "Poseidon P8" müşahidə təyyarələri də daxil olmaqla ən müasir təyyarələrindən istifadə edəcək, düşmənlərə qarşı simulyasiya edilmiş münaqişə ssenarilərində uçuşlar məşq ediləcək", məlumatda qeyd olunub.(APA)