Qırğızıstan Prezidenti ölkədə çevriliş hazırlayanlardan danışdı
“ELƏ GÜCLÜ TƏXRİBATLAR TƏŞKİL ETMƏK İSTƏYİRDİLƏR Kİ...”

Qırğızıstanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən iş adamı İmamidin Taşov və fəal Tilekmat Kurenov odlu silah və partlayıcı qurğulardan istifadə etməklə təxribatlar hazırlayırdılar.

 

Bunu Qırğızıstan Prezidenti Sadır Japarov “Kabar” agentliyinə müsahibəsində deyib.

 

“Onların planları bir neçə iştirakçını güllələmək və ya insanların ölümünə səbəb ola biləcək partlayıcı qurğulardan istifadə etməklə kütləvi iğtişaşlar təşkil etmək idi. Onlar faciəvi nəticəyə görə məsuliyyəti hakimiyyətin üzərinə atacaq və bununla da xalq etirazını gücləndirəcək, daha kütləvi aksiya keçirəcəkdilər”, - deyə  o bildirib.

 

Japarov qeyd edib ki, Taşov və Kurenovun arxasında başqa qruplar var, amma xalq onların arxasınca getməyəcək: “Bunlar əvvəllər xəzinədən oğurluq edərək vergi ödəməkdən yayınan, milyardlarla dollar gəlirlərini gizlədənlərdir. Biz hər kəsi “ovucumuzun içi” kimi tanıyırıq”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.