QMİ və Gürcüstan Müsəlmanları İdarəsi arasında əməkdaşlıq müzakirə olunub
foto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri və Ali Dini Şurasının sədri, şeyx Faiq Nəbiyevlə əməkdaşlığı müzakirə edib.


Bu barədə Senzor.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.


QMİ sədri Azərbaycanla Gürcüstan arasında əlaqələrin tarixən dostluq və mehriban qonşuluq münasibətləri əsasında formalaşdığını vurğulayaraq bu gün hər iki dövlət başçısının siyasi iradəsi ilə bu münasibətlərin daha da inkişaf etdiyini diqqətə çatdırıb. Gürcüstan Müsəlmanları İdarəsinin yeni rəhbərliyinin bu əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib. Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini daim diqqətə saxladığını bildirən şeyxülislam onların rahat şəkildə ibadətlərini və dini ayinlərini həyata keçirmək üçün kitablar çap olunduğunu qeyd edib, mənəvi dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıb.

Şeyx Faiq Nəbiyev dövlət suverenliyini və ərazi bütövlüyünü təmin etməsi münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. Qonaq bildirib ki, rəhbərlik etdiyi qurum iki dost və mehriban qonşu ölkələrdə yaşayan dindarlar arasında əlaqələrin daha da inkişafına maraqlıdır, bunun üçün səy göstərməyə hazırdır.


Söhbət zamanı iki qurum arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, nümayəndə heyətinə xatirə hədiyyələri təqdim edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.